Herzoq Netanyahunu əfv etmək üçün şərtini açıqladı

Dünya

26.04.2026 20:36

İsrail Prezidenti İsaak Herzoq Baş nazir Benyamin Netanyahu ilə bağlı korrupsiya işi fonunda onun əfvindən əvvəl günahını etiraf etməsinin vacib olduğunu hesab edir.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Herzoqun Netanyahunu dərhal əfv etmək planı yoxdur. O, ilk olaraq tərəflər arasında razılaşma əldə etmək üçün vasitəçilik prosesinə başlamağı düşünür.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Tel-Əviv məhkəməsində Netanyahuya qarşı uzun müddətdir davam edən işlər üzrə dinləmələr başlayıb. Baş nazir bir neçə ittihamla üzləşir.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail Prezidentini Netanyahunu dərhal əfv etməyə çağırmışdı.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsrail,Netanyahu,Herzoq,Əfv,Todaypress.tv,