Hersoq Trampa təşəkkür etdi: “Birlikdə qalib gələcəyik!"

Dünya

28.02.2026 15:11

İsrail Prezidenti İshak Hersoq ABŞ Prezidenti Donald Trampa İran ərazisinə endirilən zərbələrə görə təşəkkür edib və Tehrana qarşı birgə əməliyyatı dəstəklədiyini bildirib.

TodayPress TV xəbər verir ki, Hersoqun bəyanatını "Sky News" yayıb.

O bildirib ki, Trampı, İsrailin Baş naziri Benyamin Netanyahunu və onların komandalarını “terroru dəstəkləyən və nüvə dövləti olmağa çalışan rejimə qarşı cəsarətli birgə əməliyyata başlamaq qərarına görə” tam dəstəkləyir.

Hersoq ümid edir ki, əməliyyat Yaxın Şərq və dünya üçün “tarixi dəyişikliklər və daha yaxşı gələcək” gətirəcək.

İsrail Prezidenti, həmçinin İsrailə zərər vurmaq istəyənlərə xəbərdarlıq edərək ölkə xalqının güclü olduğunu vurğulayıb.

O, İsrail ordusunun və ABŞ hərbçilərinin fəaliyyətini yüksək qiymətləndirərək iki ölkə arasında tərəfdaşlığın “ümid, rifah və təhlükəsizlik gətirən böyük nemət” olduğunu bildirib.

“Birlikdə qalib gələcəyik”, – deyə Hersoq əlavə edib.

Qiymət Mahir

tag: Tramp,Hersoq,israil,İran,Todaypress.tv,