HƏMAS və İsrail razılığa gəldilər

HƏMAS və İsrail razılığa gəldilər
08.10.2025 16:05 Dünya

HƏMAS-ın yüksək rəsmisi Taher əl-Nunu bildirib ki, İsraillə danışıqlar zamanı məhbus və girov siyahıları mübadilə edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, əgər Misirdə aparılan atəşkəs danışıqlarında razılıq əldə olunarsa, bu girovların azad edilməsi planlaşdırılır. Əl-Nunu HƏMAS-ın razılaşmaya nikbin baxdığını və müsbət mövqe sərgilədiyini qeyd edib.

Xatırladaq ki, bundan əvvəl HƏMAS rəhbərliyi ABŞ Prezidenti Donald Trampın bütün israilli girovların azad edilməsini nəzərdə tutan planını qəbul etməyə hazır olduğunu açıqlayıb.

Tramp isə cavabında İsraili Qəzza zolağına hücumları dayandırmağa və məhbusların təhlükəsiz azad olunmasını təmin etməyə çağırıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər