Hakan Fidan Yunanıstanın xarici işlər naziri ilə görüşdü

Hakan Fidan Yunanıstanın xarici işlər naziri ilə görüşdü
10.06.2026 22:00 Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan Sofiyada keçirilən Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi Dövlət və Hökumət Başçıları Sammiti çərçivəsində Yunanıstanın xarici işlər naziri Yorqos Yerapetritis ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirliyinin "X" sosial şəbəkəsində paylaşım edilib.

Məlumata görə, görüşdə Türkiyə-Yunanıstan münasibətləri və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

H. Fidan Türkiyə Böyük Millət Məclisinin gündəmində olan dəniz yurisdiksiya sahələrinə dair qanun layihəsinin milli qanunvericilik xarakteri daşıdığını xatırladaraq, Türkiyənin beynəlxalq və qonşuluq hüququna hörmətlə yanaşan bir ölkə olduğunu bildirib.

Nazir Türkiyənin bütün qonşularından da eyni hörməti gözlədiyini vurğulayıb. O, bəzi dairələr tərəfindən qanun mətni ilə bağlı qeyri-kafi məlumata əsaslanan və ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək bəyanatların verilməsini qəribsədiyini və bu məsələdə daha məsuliyyətli davranılmasını gözlədiyini qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər