Hakan Fidan: "İran həqiqətləri başa düşməlidir"

Hakan Fidan: "İran həqiqətləri başa düşməlidir"
10.01.2026 05:00 Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan, İranın həqiqətləri başa düşməyə və həqiqi əməkdaşlıq üçün səylər göstərməyə ehtiyacı olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, nazir hazırda davam edən etirazlarla bağlı danışıqlar aparıldığını vurğulayıb.

“İranın qəbul etməyəcəyi şərtlər irəli sürülür. Burada həqiqi uzlaşma niyyəti ortaya qoymaq lazımdır. Vacib bir xüsus da odur ki, İranın region ölkələri ilə də həqiqi əməkdaşlıq içərisində olması lazımdır. Keçmişdə olanları bir kənara qoymaq lazımdır. Bu bizim bölgəyə ən güclü mesajımızdır. İran həqiqətləri anlamalıdır”, - Hakan Fidan əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər