Hakan Fidan ABŞ və Qətər rəsmiləri ilə sülh xəttini müzakirə etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani, eləcə də ABŞ-nin nümayəndələri ilə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, telefon söhbətləri zamanı ABŞ və İran arasında davam edən danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.
H. Fidan bildirib ki, Türkiyə prosesin ən qısa zamanda uğurla yekunlaşmasını və davamlı sülhün təmin olunmasını arzulayır. O qeyd edib ki, Ankara danışıqlar prosesinə dəstəyini bundan sonra da davam etdirəcək.
Aysel Mətləb