Gürcüstanın valyuta ehtiyatları rekord həddə çatdı

Gürcüstanın valyuta ehtiyatları rekord həddə çatdı
09.03.2026 19:45 Dünya

Gürcüstanın beynəlxalq ehtiyatları 2026-cı ilin yanvar ayı ilə müqayisədə fevralda 358,9 milyon ABŞ dolları artaraq rekord həddə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb. Bildirilib ki, ölkənin ümumi beynəlxalq ehtiyatları təxminən 6,65 milyard dollar təşkil edir.

Tənzimləyici orqanın açıqlamasına görə, valyuta bazarı və makroiqtisadi vəziyyət imkan verdikdə, Milli Bank valyuta ehtiyatlarını artırır. Ümumilikdə, 2025-ci il ərzində xalis alışlar 2432,5 milyon dollar, 2026-cı ilin yanvar ayında isə 86,6 milyon dollar təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər