Gürcüstanda külli miqdarda odlu silah və partlayıcı maddələr aşkarlandı
Gürcüstanda külli miqdarda odlu silah, hərbi sursat və detonatorlu partlayıcı maddələr tapılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Məlumata əsasən, silah-sursat və partlayıcı maddələri Ukraynada hərbi hissələrdən birinin gürcü nümayəndəsinin göstərişi ilə B.Ç. adlı vətəndaş alıb. Onlar Tbilisidə oktyabrın 4-də zorakılıq və Prezident sarayına hücum üçün istifadə edilməli imiş.
Silahları Tbilisiyə gətirəcək qrup zərərsizləşdirilib, odlu silahlar və partlayıcı maddələr isə meşədə gizlədilmişdi. Detonatoru hazırlayan şəxs də müəyyən edilərək DTX-yə gətirilib və onunla bağlı istintaq aparılır.
Jalə Rövşən