Gürcüstanda Ərzaq Qiymətləri üzrə Komissiya yaradıldı

Dünya

20.01.2026 21:00

Gürcüstanda ərzaq qiymətləri üzrə Hökumət Komissiyası işə başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Məlumata görə, Gürcüstanda ərzaq məhsulları, dərman preparatları və yanacaq qiymətləri ilə bağlı yaradılmış hökumət komissiyasının nümayəndələri mövcud vəziyyəti qiymətləndirmək məqsədilə biznes subyektlərinin təmsilçiləri ilə görüşlər keçirəcəklər. 

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin təşəbbüsü ilə ölkədə əsassız qiymət artımlarının qarşısının alınması məqsədilə Qida, Dərman və Yanacaq Qiymətləri üzrə Hökumət Koordinasiya Komissiyası yaradılıb. 

Komissiyanın ilk iclasında fəaliyyət planı, eləcə də istehsalçılar, pərakəndə satış şəbəkələrinin nümayəndələri və distribütor şirkətlərlə planlaşdırılan görüşlərin qrafiki müzakirə edilib.   

Nicat Osman

TodayPress TV

tag: Gürcüstan,Ərzaq,Qiymət,Komissiya,Todaypress.tv,