Gürcüstan üzərindən uçuşlar artdı

Dünya

07.03.2026 13:54

Yaxın Şərqdə bir sıra ölkələrin hava məkanının bağlanması səbəbindən Gürcüstan üzərindən tranzit uçuşların sayı kəskin artıb.

TodayPress TV xəbər verir ki, bu barədə "BMG” məlumat yayıb

Məlumata görə, əvvəllər Gürcüstanın hava məkanından gündə orta hesabla 642 təyyarə uçurdusa, hazırda bu rəqəm gündə 1500-2000 uçuşa çatıb. Bildirilir ki, Gürcüstan hava məkanı ilk dəfədir belə səviyyədə trafiklə qarşılaşır.

Artım Avropa və Asiya arasında uçan bir çox aviaşirkətin İran, İraq, İsrail və Körfəz ölkələri də daxil olmaqla Yaxın Şərqin bəzi ölkələrində hava məkanının bağlanması və ya məhdudlaşdırılması səbəbindən marşrutlarını dəyişməsi ilə bağlıdır.

Aviaşirkətlər hava məkanından istifadəyə görə dövlətə məxsus “Sakaeronavigatsia” şirkətinə naviqasiya haqqı ödəyirlər. Şirkətin 2024-cü il maliyyə hesabatına əsasən, bir tranzit uçuş üçün orta ödəniş 516 lari (təxminən 188 dollar) təşkil edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Gürcüstan,Uçuş,Yaxın Şərq,Hava,Todaypress.tv,