Gürcüstan Prezidenti 159 məhbusu əfv etdi
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili dini Xaç suyuna salınma bayramı ilə əlaqədar olaraq 159 məhbusu əfv edib.
TodayPress TV-nin məlumatına görə, bu barədə dövlət başçısının Mətbuat xidməti açıqlama yayıb.
"Prezident Konstitusiyanın ona verdiyi istisna səlahiyyətlərdən istifadə edərək 159 məhbusu əfv edib", – bəyanatda qeyd olunub.
Məlumata əsasən, əfv humanizm prinsipi və dövlət maraqları əsasında həyata keçirilib.