Güclü ZƏLZƏLƏ baş verdi
Türkiyənin Tokat vilayətinin Niksar rayonunda 5,5 bal gücündə zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yeraltı təkanların 6,37 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ Tokatla yanaşı Samsun, Amasya, Çorum, Sinop və ətraf vilayətlərdə də hiss olunub.
İlkin məlumatlara görə, ciddi dağıntı və itki yoxdur.