Göyçə balığının üstündə Rusiya Ermənistanın "su"yunu çıxartdı

Göyçə balığının üstündə Rusiya Ermənistanın "su"yunu çıxartdı
22.07.2026 12:50 Dünya

Kreml hesab edirdi ki, Ermənistandan idxalın dayandırılması ölkədə narazılığı artıracaq və nəticədə Baş nazir Nikol Paşinyana qarşı daxili təzyiq güclənəcək.

Lakin iddialara görə, gözlənilən ssenari baş verməyib.

TodayPress TV xəbər verir ki, Ermənistanın balıq məhsulları qısa müddətdə alternativ ixrac marşrutları taparaq Avropa İttifaqı bazarına yönləndirilib. Bildirilir ki, iqtisadi həcminə görə Aİ bazarı Rusiya bazarından təxminən 10 dəfə böyükdür.

Məlumatda qeyd olunur ki, bu dəyişiklik Ermənistan istehsalçılarının Rusiya bazarından asılılığını qismən azaltmağa imkan verib.

İddialara əsasən, Moskvanın iqtisadi təzyiq vasitəsi kimi nəzərdə tutduğu addım gözlənilən siyasi nəticəni verməyib və Ermənistanın ixrac istiqamətlərinin şaxələndirilməsi prosesini sürətləndirib.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər