Generalın oğlu ÖLDÜRÜLDÜ - FOTO
Dünya
10.01.2026 16:28
İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan general Nurəli Şuştarinin oğlu Fərəcullah Şüştarinin ölümü barədə məlumat yayılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı yazıb.
Hadisə Məşhəd şəhərində baş verib.
SEPAH-a yaxın olan "Tasnim News" Fərəcullah Şüştarinin etirazçılar tərəfindən öldürüldüyünü iddia edir. Lakin bu iddiaları dəstəkləyən heç bir rəsmi sənəd və ya dəlil təqdim edilməyib.
"Tasnim" birbaşa məsuliyyəti etirazçıların üzərinə qoysa da, ölümün təfərrüatı və səbəbi açıqlanmır.
Qeyd olunur ki, Fərəcullah Şüştari əvvəllər Semnan əyalətinin siyasi və təhlükəsizlik məsələləri üzrə qubernator müavini vəzifəsində çalışıb.
tag: İran,SEPAH,General,Qətl,Todaypress.tv,
