Gəmi faciəsi böyüyür: Beynəlxalq araşdırma tələb edildi
Suriya Bolqarıstan sahillərində batan gəmi ilə bağlı beynəlxalq araşdırma tələb edib.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, Suriya Beynəlxalq Dəniz Təşkilatına (IMO) və Bolqarıstan hakimiyyətinə müraciət edərək “Alfa Watan” yük gəmisinin batması ilə bağlı müstəqil araşdırma aparılmasını istəyib.
Gəminin dron hücumuna məruz qalmasından sonra 10 ekipaj üzvü itkin düşüb. Onlardan 9-nun Suriya vətəndaşı olduğu bildirilir.
Suriya rəsmisi gəminin qalıqlarının aşkarlanması üçün bütün mümkün texniki vasitələrdən istifadə edilməsini tələb edib.
Toqo bayrağı altında üzən “Alfa Watan” oktyabrın 6-da səhər saatlarında Bolqarıstan sahillərindən təxminən 130 kilometr aralıda batıb.
Kübra Musayeva