Gecə dünyada nə baş verib? - VİDEO

Gecə dünyada nə baş verib? - VİDEO
10.06.2026 09:30 Dünya

ABŞ və İran arasında gərginlik gecə saatlarında daha da yüksəlib.

TodayPress TV xəbər verir ki, ABŞ ordusu vurulduğu iddia edilən "Apache" helikopterinə cavab olaraq İranda bir sıra hərbi hədəflərə zərbələr endirib.

"CNN"in ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Vaşinqton əməliyyatı “xəbərdarlıq atəşi” kimi qiymətləndirir və bunun diplomatik danışıqlara mane olmayacağını hesab edir.

ABŞ Prezidenti Donald Tramp isə "ABC" telekanalına açıqlamasında hücumu vurulan helikopterə verilən “çox güclü cavab” adlandırıb.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, əməliyyat üç dalğa şəklində həyata keçirilib. Zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə, yerüstü idarəetmə mərkəzlərinə və Hörmüz boğazı yaxınlığında yerləşən radar obyektlərinə yönəlib.

İranın dövlət televiziyası "Press TV" ölkənin cənubundakı Bandar Abbas şəhərində partlayış səslərinin eşidildiyini bildirib.

Buna cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ-nin 5-ci Donanmasının qərargahını hədəf aldığını açıqlayıb. Hadisələrlə bağlı tərəflərdən əlavə məlumatların verilməsi gözlənilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər