G7 sammiti Trampa görə təxirə salındı

G7 sammiti Trampa görə təxirə salındı
10.01.2026 12:45 Dünya

Bu il Fransada keçiriləcək G7 sammiti ABŞ Prezidenti Donald Trampın ad gününü qeyd etməsinə imkan yaratmaq məqsədilə bir gün təxirə salınıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Xatırladaq ki, sammit əvvəlcə 14-16 iyun tarixlərinə planlaşdırılıb. Lakin 14 iyun həm ABŞ-də Bayraq Günü, həm də Trampın doğum günüdür. Bu il Tramp 80 yaşını qeyd edir.

Xatırladaq ki, Tramp Ağ Evdə həmin gün “böyük UFC döyüşü” keçiriləcəyini elan edib. "Ultimate Fighting Championship"in baş direktoru Dana Uayt tədbirin proqramının yekunlaşdırıldığını təsdiqləyib.

Yeni cədvəl 15-17 iyun tarixlərini əhatə edir. Fransanın prezident administrasiyası təxirə salmanın Trampın ad günü ilə əlaqəsini birbaşa təsdiqləməsə də, bunun G7 tərəfdaşları ilə məsləhətləşmələrin nəticəsi olduğunu qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər