Fransanın İsrail nazirinə qoyduğu qadağa rədd edildi

Fransanın İsrail nazirinə qoyduğu qadağa rədd edildi
09.06.2026 18:49 Dünya

İsrail Fransanın bu ölkənin maliyyə naziri Betsalel Smotriçə Fransa ərazisinə girişlə bağlı qoyduğu qadağanı, eləcə də bir sıra Qərb dövlətlərinin İsrail vətəndaşlarına və təşkilatlarına qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirləri "qətiyyətlə rədd edir".

TodayPress TV xəbər verir ki, bu barədə İrsrailin Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.

"İsrail xarici hökumətlərin İsrail vətəndaşlarına, təşkilatlarına və İsrail hökumətinin nazirinə qarşı qəbul etdiyi rüsvayçı tədbirləri qətiyyətlə rədd edir. Bu addımların əsl mahiyyəti İsrail-Fələstin münaqişəsinə dair siyasi mövqeyi diktə etmək cəhdidir", - deyə bəyanatda qeyd olunur.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər