Fransada minlərlə ev işıqsız qaldı

Fransada minlərlə ev işıqsız qaldı
14.08.2025 17:48 Dünya

Fransanın mərkəzi və cənub bölgələrində yağan güclü tufanlar səbəbindən 12 mindən çox ev işıqsız qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə "France Info" radiosu məlumat yayıb.

Tufanın təsiri ilə Tarn və Tarn-et-Qaronne departamentlərində 7 min, Nievre və Yonne bölgələrində 4 min, həmçinin Çer departamentində 1,5 min ev elektrik enerjisindən məhrum olub.

Güclü külək ağacları aşıraraq yolları və dəmiryol xətlərini bağlayıb. Təmizləmə işlərinə yanğınsöndürənlər və bələdiyyə xidmətləri cəlb olunub.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər