Fransa Senatı bu qanunu təsdiqlədi

Fransa Senatı bu qanunu təsdiqlədi
10.06.2026 00:30 Dünya

Fransa Senatı 2024-2030-cu illər üçün hərbi planlaşdırma haqqında yenilənmiş qanunu qəbul edib.

TodayPress TV xəbər verir ki, iclasın yayımı parlamentin "Public Senat" telekanalı tərəfindən həyata keçirilib.

Sənədin qəbul edilməsinin lehinə 297 senator səs verib, parlamentin yuxarı palatasının 33 üzvü isə əleyhinə çıxış edib.

Bununla belə, Senat qanun layihəsini 2030-cu ilə qədər hərbi xərclərin 36 milyard avro artırılmasını nəzərdə tutan əsas maddə olmadan təsdiqləyib. Bu, "Respublikaçılar" Partiyasının nümayəndələrinin əlavə maliyyələşdirmənin həcmini 50 milyard avroya qədər artırmağı təklif etməsi ilə əlaqədardır.

Senatorlar arasındakı fikir ayrılıqlarına görə maliyyələşdirmənin həcmini müəyyən edən maddə sənəddən çıxarılıb.

Beləliklə, qanun hələlik yekun olaraq qəbul edilməyib. Bundan sonra baxılması üçün yeddi deputat və yeddi senatordan ibarət uzlaşdırma komissiyası yaradılacaq və sənədin vahid variantı hazırlanacaq.

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər