Fransa raket istehsalını sürətləndirir
Fransada sursat çatışmazlığı problemdir və Paris raket istehsalını sürətləndirmək üçün sənaye şirkətlərini cəlb edir.
TodayPress TV xəbər verir ki, bu barədə Fransa Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi general Jerom Bellanger bildirib.
"Biz istifadə edilmiş raket ehtiyatlarını doldurmaq üçün sənaye şirkətləri ilə əlaqə saxlayırıq”, - o deyib.