Fransa Polşaya üç "Rafale" qırıcı təyyarəsi göndərəcək
Fransa Polşaya üç "Rafale" döyüş təyyarəsi göndərəcək.
TodayPress TV-nin məlumatına görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" hesabında yazıb.
"Rusiyanın Polşaya hücumundan sonra Polşanın hava məkanını qorumaq üçün üç "Rafale" qırıcısı göndərmək qərarına gəldik", - o bildirib.
"Avropa qitəsinin təhlükəsizliyi üçün Rusiyanın artan hədə-qorxuları qarşısında geri çəkilməyəcəyik", - Makron əlavə edib.
Aynur TAC