Fransa Polşaya dəstək üçün qırıcılar göndərir
“Polşa hava məkanına dronların müdaxiləsindən sonra Fransa Polşanın hava məkanını qorumaq üçün üç ədəd “Rafale” qırıcı təyyarəsi göndərəcək”.
TodayPress TV xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Avropa qitəsinin təhlükəsizliyi bizim əsas prioritetimizdir. Rusiyanın artan təhdidlərinə boyun əyməyəcəyik", - deyə o bildirib.
Aysel Mətləb