Fransa ölkəsinin NATO-dan çıxmasını tələb edən qətnamə təqdim etdi
Fransa Milli Assambleyasının vitse-prezidenti Klemens Qotte Fransanın NATO-dan çıxmasını tələb edən qətnamə təqdim etdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, sosial media səhifəsində məlumat yayıb.
"Fransanın ABŞ-nin rəhbərlik və idarə etdiyi hərbi ittifaq olan Şimali Atlantika Müqaviləsi Təşkilatında iştirakı məsələsi indiyədək olduğundan daha aktualdır. Mən NATO-dan çıxmağı planlaşdırmaq üçün qətnamə təqdim edirəm", - deyə Qotte paylaşımında bildirib.
O, ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduroya qarşı hərəkətlərini, Qrenlandiyanı ilhaq etmək planını və Qəzza münaqişəsi zamanı İsrailə dəstəyini tənqid edib.
Aysel Mətləb