Fransa NATO-dan çıxa bilər
Fransa Milli Assambleyasının vitse-spikeri Klemens Höte ölkənin NATO-dan çıxması ilə bağlı qətnaməni səsverməyə çıxarmaq niyyətində olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, siyasətçi qərarını ABŞ-nin hərəkətləri ilə əlaqələndirib.
"Fransanın ABŞ-nin rəhbərlik etdiyi və ona xidmət edən hərbi ittifaq olan Şimali Atlantika Müqaviləsi Təşkilatında iştirakı məsələsi indiyədək olduğundan daha çox qaldırılır".
Parlament vitse-spikeri ABŞ-nin Qrenlandiyaya iddialarından və Venesuela prezidenti Nikolas Maduronun zorakılıqla oğurlanmasından bəhs edib.
Höte həmçinin Amerika rəhbərliyini beynəlxalq hüququ pozaraq insanları bombaladığına görə tənqid edib.