Fransa Makronun istefası ilə bağlı təklifi rədd etdi

Fransa Makronun istefası ilə bağlı təklifi rədd etdi
08.10.2025 15:28 Dünya

Fransa Milli Assambleyası müxalif “France Insoumise” partiyasının Prezident Emmanuel Makronun istefası ilə bağlı təklifini rədd edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Figaro" məlumat yayıb. 

Assambleya Bürosu bu təklifi qəbul etməmək qərarına gəlib.

Təklifə Sol Blok, Yaşıllar və Sosialistlər dəstək versələr də, Makron tərəfdarları onun əleyhinə səs veriblər.

Məlumata görə, Makron istefa verməkdənsə, parlamenti buraxaraq yeni seçkilər keçirməyə daha çox meyllidir.

Xatırladaq ki, oktyabrın 6-da Baş nazir Sebastien Lekornu istefa verəndən sonra müxalifət liderinin də istefasını tələb edib. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər