Fransa, Britaniya və Almaniya İranı pislədi

Fransa, Britaniya və Almaniya İranı pislədi
10.01.2026 13:45 Dünya

Fransa, Böyük Britaniya və Almaniya liderləri cümə günü İranda etirazçıların öldürülməsini pisləyərək, hakimiyyəti təmkinli olmağa çağırıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Mertsin birgə bəyanat yayıblar.

"İran təhlükəsizlik qüvvələrinin zorakılıqla bağlı xəbərlərindən dərin narahatlıq duyuruq və etirazçıların öldürülməsini qəti şəkildə pisləyirik", - deyə qeyd olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər