Fransa Azərbaycanı alqışladı

Fransa Azərbaycanı alqışladı
19.01.2026 22:49 Dünya
Fransa Azərbaycan hakimiyyəti tərəfindən dörd erməniəsilli şəxsin Ermənistana təhvil verilməsini alqışlayır.

TodayPress TV xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2026-cı il yanvarın 14-də baş tutan bu təhvil-təslim 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində formalaşan dinamikanın konkret nəticəsidir.

Qeyd edilib ki, Sülh Müqaviləsinin imzalanması və ratifikasiyası bu prosesi tamamlamağa imkan verəcək.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər