Fransa ABŞ-yə Yaxın Şərqdəki bazalarından istifadəsinə icazə verdi
Fransa ABŞ, İsrail və İran arasında gərginliyin artdığı bir vaxtda Amerika hərbi təyyarələrinin Yaxın Şərqdəki fransız hərbi bazalarından istifadə etməsinə icazə verdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə bu barədə "France 24" məlumat yayıb.
Fransa Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü bildirib ki, ABŞ ilə mövcud münasibətlər çərçivəsində Amerika təyyarələrinin bölgədə yerləşən fransız bazalarında müvəqqəti yerləşməsinə icazə verilib.
Onun sözlərinə görə, həmin təyyarələr Fars körfəzi regionundakı tərəfdaş ölkələrin müdafiəsinə dəstək məqsədi daşıyır.
Türkan İsgəndərli