Fitso: "Slovakiya Aİ-nin Ukraynaya kredit verməsini bloklamağa hazırdır"
Dünya
08.03.2026 15:15
Slovakiya Macarıstan kimi Avropa Birliyindən Ukraynaya 90 milyard avroluq kreditin verilməsini bloklamağa hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə
Slovakiyanın Baş naziri Robert Fitso "Facebook"da videomüraciətində bildirib.
Onun sözlərinə görə, bu, Kiyevin Drujba boru kəməri vasitəsilə neft tədarükünü bərpa etmək istəməməsi fonunda baş verə bilər.
Baş nazir Avropa kreditinin qarşısının alınmasının Aİ ölkələrinə neft tədarükünün bərpası üçün qanuni bir vasitə olduğunu iddia edib.
Martın 10-da Fitso Ukraynanın Drujba boru kəməri ilə neft nəqlinin dayandırılmasını Parisdə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə müzakirə edəcək.
O, hesab edir ki, Brüssel Zelenskini kəmərin zədələnmiş hissəsinin yoxlanılmasına icazə verməyə məcbur edə bilər.
Slovakiya Baş naziri həmçinin Kiyevin Aİ-dən aldığı və ya almağı gözlədiyi heç bir krediti geri qaytarmayacağını proqnozlaşdırır.
tag: Slovakiya,Ukrayna,Kiyev,Neft,Kredit,Todaypress.tv,
