Filippin və Kanada hərbi sahədə saziş bağladı
Dünya
02.11.2025 17:23
Filippin və Kanada ərazilərində yerləşən silahlı qüvvələrin statusunu müəyyən edən hərbi saziş imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Kanadanın müdafiə naziri Devid Makqinti qeyd edib ki, saziş birgə döyüş təlimləri keçirməyə imkan verəcək və "mühüm həqiqəti əks etdirir: dünya qaydalar üzərində qurulub, məsuliyyətsizlik üzərində yox, sabitlik isə əməkdaşlıqdan gəlir, qarşıdurmadan yox".
Makqinti əlavə edib ki, Kanada gələn il Filippin və ABŞ-nin illik böyük hərbi təlimlərində iştirak etməyi ümid edir.
Daha əvvəl Filippin oxşar sazişləri Yaponiya və Yeni Zelandiya ilə imzalayıb, həmçinin Fransa və Böyük Britaniya ilə də belə razılaşmalar planlaşdırır.
Qeyd edək ki, Çin və ASEAN üzvləri - Filippin, Malayziya, Bruney, Vyetnam - Cənubi Çin dənizindəki Spratli arxipelaqı (Çin adı - Nanşa) ətrafında ərazi mübahisəsi aparır.
tag: ABŞ,Filippin,Kanada,Silah,Todaypress.tv,
        