Fidan: “İran böhranı yeni rəhbərliyin formalaşması ilə həll edilə bilər”
Dünya
04.03.2026 08:45
İranda yeni rəhbərliyin formalaşması böhranın həlli üçün fürsət pəncərəsi aça bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Haber” telekanalına danışıb.
“Düşünürəm ki, yeni rəhbərlik müharibəyə son qoymaq üçün bir şans ola bilər. Hazırda yeni administrasiya müvəqqəti üçlük tərəfindən idarə olunur. Yeni lider seçilməzdən əvvəl onların qərar qəbuletmə mexanizmi müharibəyə son qoymaq üçün fürsət pəncərəsi aça bilər”, - deyə Fidan bildirib.
O qeyd edib ki, İran böhranının ən yaxşı həlli Tehranın maraqlarını nəzərə alan və qarşı tərəfin narahatlıqlarını aradan qaldıran bir kompromisə çatmaq olardı:
“Əks halda, müharibə davam edəcək və etdiyiniz hər hansı bir kompromisdən daha pis nəticələrə gətirib çıxaracaq”.
Aysel Mətləb
tag: Fidan,İran,ABŞ,Rəhbərlik,Todaypress.tv,
