Fidan Əraqçi ilə danışdı: Tehran–Vaşinqton xəttində kritik müzakirə

Dünya

26.04.2026 13:16

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və ABŞ rəsmiləri ilə telefon danışığı zamanı Tehranla Vaşinqton arasında mövcud danışıqlar prosesini müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Haber Global"a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Qeyd olunub ki, nazir rəsmilərlə ABŞ və İran arasında aparılan danışıqlardakı son inkişaflar barədə fikir mübadiləsi aparılıb.

Jalə Rövşən

TodayPress TV


tag: Hakan Fidan ,İran ,Məhəmməd İshaq Dar ,Abbas Əraqçi,Todaypress.tv,