F-16-ların “gülləsi” bitir? – Ukraynadan həyəcan təbili
Ukrayna Silahlı Qüvvələri F-16 qırıcıları üçün AIM-120 və AIM-9 raketlərinin ehtiyatlarını demək olar ki, tükədib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel "X" sosial şəbəkəsində yazıb.
“Ukraynada F-16 qırıcılarının istifadə etdiyi raketlər demək olar ki, tükənib. AIM-120 və AIM-9 raketləri azalır. “Patriot” sistemləri də ballistik raketlərin qarşısının alınması üçün zəruri olan PAC-3 raketlərinin kritik çatışmazlığı ilə üzləşib”, – deyə o xəbərdarlıq edib.
Mendel əlavə edib ki, sülhə doğru irəliləyiş olmadan dağıntıları dayandırmaq və insanların həyatını qorumaq mümkün deyil.
Aysel Mətləb