Estoniyanın bayraq qadağasına Ukrayna da daxildir
Estoniya parlamentinə Ukrayna bayrağı da daxil olmaqla xarici simvolların rəsmi tədbirlərdən kənarda istifadəsini qadağan edən qanun layihəsi təqdim edilib.
TodayPress TV "Postimees"qəzetinə istinadən xəbər verir ki, deputatlar müttəfiqlərlə həmrəyliyin başqa yollarla da ifadə oluna biləcəyini bildiriblər.
Mühafizəkar Xalq Partiyasının üzvü Varro Vuqlayd məsələni prinsipial adlandıraraq, dövlət ləyaqətinin qorunmasının vacibliyini vurğulayıb.
Qanun layihəsi parlamentdə baxılmaq üçün qəbul edilib.
Jalə Rövşən