Estoniya XİN: Rusiya Ukrayna enerji obyektlərinə nəzarəti dayandırmalıdır

Dünya

27.04.2026 02:14

Estoniyanın XİN rəhbəri Marqus Tsahkna Rusiyaya çağırış edərək Ukraynanın enerji obyektləri üzərində nəzarəti dərhal dayandırmasını və bu obyektləri Kiyevə qaytarmasını tələb edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "X" platformasında yazıb.

Açıqlamada bildirilib ki, Rusiya Ukraynadakı bütün enerji infrastrukturundan qoşunlarını çıxarmalıdır.

Estoniyanın xarici işlər naziri həmçinin beynəlxalq səviyyədə Rusiyanın enerji sektoruna qarşı daha sərt sanksiyaların tətbiq edilməsini və ölkənin bu sahədə daha da təcrid olunmasını təklif edib.

Tsahkna daha əvvəl isə Estoniyanın Rusiyanın Baltikyanı ölkələrə qarşı hərbi hazırlıq apardığına dair konkret əlamətlər görmədiyini bildirmişdi.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ukrayna,Estoniya,Rusiya,Enerji,Todaypress.tv,