Ermənistanda parlament seçkiləri: Nəticələr bu tarixdə açıqlanacaq
Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələri 14 iyunda açıqlanacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “News Armenia” Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən məlumat yayıb.
Məlumata görə, MSK-nın bununla bağlı iclası yerli vaxtla saat 18:00-da başlayacaq.
Qurumun açıqlamasına əsasən, iclasda seçki nəticələrinin rəsmi təsdiqlənməsi və yekun hesabatın elan olunması nəzərdə tutulur.