Ermənistanda orduya çağırış və tərxislə bağlı layihə hazırlandı
Ermənistan Müdafiə Nazirliyi növbəti il üçün məcburi hərbi xidmətə qış çağırışının qaydalarını müəyyən edən layihəni ictimai müzakirəyə təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Sənədə əsasən, Silahlı Qüvvələrin yeni çağırışçılarla komplektləşdirilməsi, həmçinin xidmət müddətini başa vuran hərbçilərin ehtiyata buraxılması 2026-cı ilin yanvar ayında həyata keçiriləcək. Sənəddə qeyd olunur ki, yeni əsgərlərin Silahlı Qüvvələrə qəbulu 2026-cı ilin yanvarın 7-dən 31-nə kimi keçiriləcək.
Eyni zamanda, müəyyən edilmiş məcburi xidmət müddətini başa vuran hərbçilər tərxis olunacaqlar. Onların ehtiyata buraxılması prosesi 2026-cı ilin yanvarın 8-dən 31-i daxil olmaqla həyata keçiriləcək.