Ermənistanda keçmiş Qarabağ separatçısı saxlanıldı
Ermənistanda Qarabağdakı keçmiş separatçı silahlı birləşmələrdən birinin alay komandirinin sabiq müavini Edik Maloyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Edik Maloyan dövlət sirri təşkil edən məlumatların açıqlanmasına təhrik etməkdə ittiham olunur.
Kübra Musayeva