Ermənistanda hərbi xidmət müddəti endirilir
Ermənistan hökuməti “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə qərar qəbul edib.
TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, yeni qaydaya görə, Ermənistanda icbari hərbi xidmət müddəti 24 aydan 18 aya endiriləcək.
Dəyişikliklər 2025-ci ilin qış çağırışı ilə qüvvəyə minəcək. Bundan başqa, qanun layihəsi 2027-ci ilin ikinci yarısında məcburi hərbi xidmətin təşkili üçün xərclərin azaldılmasını nəzərdə tutur.
Nicat Osman