Ermənistana gedən konteynerlər İran limanlarında qaldı
Ermənistana idxal edilən yüzlərlə konteyner hazırda İran limanlarında bloklanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, strateji əhəmiyyətli Hörmüz boğazında yük daşımaları dayandırılıb. Çin, Hindistan və Yaxın Şərqdən Ermənistana gələn yüklərin əsas mərkəzi olan İranın Bəndər Abbas limanı təcili iş rejiminə keçib.
Aysel Mətləb