Ermənistan və Türkiyə energetika nazirləri görüş keçirdi
Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Davit Xudatyan Parisdə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ilə görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
“2025-ci ilin iyun ayında İstanbulda keçirilən görüşdən sonra Ermənistan və Türkiyə arasında enerji sektorunda əməkdaşlıq imkanlarını müzakirə etdik. İki ölkənin enerji sektorunda birbaşa əməkdaşlığı inkişaf etdirmək istəyini vurğulayaraq, gələcək addımları və texniki detalları müzakirə etdik", - deyə Davit Xudatyan bildirib.
Aysel Mətləb