Ermənistan Rusiya hərbi bazasının öz ərazisindən çıxarılmasını düşünmür
Ermənistan Rusiya hərbi bazasını öz ərazisindən çıxarmaq imkanını nəzərdən keçirmir.
TodayPress TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.
“Hazırda bu məsələni müzakirə etmirik, belə söhbətlərimiz olmayıb”, - deyə o, jurnalistin Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması ilə bağlı sualına cavabında qeyd edib.
Orxan Saffari