Ermənistan Prezidentinin qəbul zalından yoxa çıxan tablonun FOTOSU
Ermənistan Prezidentinin qəbul zalında asılmış Ağrıdağ təsviri olan tablo artıq yerində yoxdur.
TodayPress TV xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə “əvvəl və sonra” formatında yayılan fotolar diqqət çəkib.
Paylaşılan görüntülərdə qəbul zalında əvvəllər görünən Ağrıdağ təsvirinin yerindən götürüldüyü müşahidə olunur.
Rəsmi qurumlar tablonun götürülməsinin səbəbi ilə bağlı hələlik açıqlama verməyiblər.
Kübra Musayeva