Ermənistan Naxçıvana gedən dəmir yolunu bərpa edəcək

Ermənistan Naxçıvana gedən dəmir yolunu bərpa edəcək
02.07.2026 19:05 Dünya

Ermənistanda Gümrü–Axurik və Yerasx (Arazdəyən) dəmir yolu sahələrinin yenidən qurulması ilə bağlı işlərə start verilib.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, qeyd olunan istiqamətlərdə bərpa işləri həyata keçiriləcək, dəmir yolunun digər hissələri ilə bağlı isə müzakirələr, o cümlədən Rusiya tərəfi ilə davam etdiriləcək.

Paşinyan bildirib ki, regionda yeni beynəlxalq dəmir yolu marşrutları formalaşdığı bir dövrdə Ermənistanın bu prosesdən kənarda qalması qəbuledilməzdir.

“Bu dəmir yolları Ermənistan Respublikasının mülkiyyətidir və onların idarə olunmasını özümüz həyata keçirməliyik”, – deyə Baş nazir vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər