Ermənistan kilsəsində məhkəmə qalmaqalı: Keşişlər etiraz edir

Dünya

06.02.2026 11:37

Keçmiş keşişlər Aram Asatryan və Aramais Tahmazyan Ermənistan Apostol Kilsəsinin onları ruhani sanından məhrum etməsi ilə bağlı qərarların ləğvini məhkəmə yolu ilə tələb ediblər.

TodayPress TV xəbər verir ki, Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsi işi icraata qəbul edib və baxılması hakim Sima Abovyana həvalə olunub.

Cavabdeh qismində Ermənistan Apostol Kilsəsi çıxış edir. İddiaçılar Katolikos II Qaregin tərəfindən qəbul edilmiş qərarların etibarsız sayılmasını istəyirlər.

Keçmiş Ovanavank monastırının baş keşişi Aram Asatryan ötən ilin 21 oktyabrında AAK-nın intizam komissiyasının qərarı ilə sanından məhrum edilib. Komissiyanın rəyinə və Aragatsotn yeparxiyasının rəhbərinin məruzəsinə əsasən, onun açıq çıxışları Kilsəni və ruhaniləri nüfuzdan salıb. Bundan sonra Asatryan hökumətin kilsə strukturlarını tənqid edən siyasətini açıq şəkildə dəstəklədiyini bildirib.

Qiymət Mahir

tag: Aram Asatryan,Katolikos ,Qaregin ,Apostol ,Todaypress.tv,