Ərəb və islam ölkələrinin fövqəladə sammiti keçiriləcək

Ərəb və islam ölkələrinin fövqəladə sammiti keçiriləcək
11.09.2025 22:10 Dünya

Qətərin paytaxtı Dohada ərəb və islam ölkələrinin fövqəladə sammiti təşkil ediləcək.

TodayPress TV Qətər Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, əvvəlcə Qətərdə sammitə hazırlıq məqsədilə xarici işlər nazirlərinin iclası olacaq. Sentyabrın 14-ü və 15-də isə sammit keçiriləcək. Tədbirin əsas mövzusu İsrailin Qətərə raket hücumunun müzakirəsidir.

Qeyd edək ki, İsrail sentyabrın 9-da Qətərdə HƏMAS-ın siyasi bürosunun bir neçə üzvünün məskunlaşdığı mənzilləri hədəfə alıb. Hücum nəticəsində qruplaşmanın 5 üzvü və Qətərin təhlükəsizlik idarəsinin əməkdaşı həlak olub.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər