Ərdoğandan MÜHÜM ÇAĞIRIŞ - Ankara İranla bağlı...

Ərdoğandan MÜHÜM ÇAĞIRIŞ - Ankara İranla bağlı...
06.03.2026 15:52 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefon danışığı zamanı bildirib ki, Ankara İranla bağlı münaqişənin tərəflərini regionda qeyri-sabitliyi artıracaq addımlardan çəkinməyə çağırır.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb. 

Türkiyə prezidenti həmçinin beynəlxalq ictimaiyyətin əməkdaşlığını tələb edən diplomatik platformaların gücləndirilməsini dəstəklədiyini bildirib.

O, eyni zamanda xəbərdarlıq edib ki, İranla bağlı münaqişə qlobal təhlükəsizlik üçün təhlükə yarada biləcək risklər daşıyır. 

Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyənin ətraf regionunda baş verən münaqişələr NATO-ya üzv ölkələr arasında, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini bir daha göstərir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər