Ərdoğan və Matviyenko İstanbulda görüşdü
Dünya
16.04.2026 17:18
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko arasında görüş keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, görüş Türkiyənin şəhəri İstanbulda keçirilib. İclas Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub.
Matviyenko jurnalistlərə bildirib ki, o, Rusiya Prezidenti Vladimir Putinin salamlarını Türkiyə tərəfinə çatdırıb və Ərdoğanın da Putinə səmimi salamlarını göndərdiyini qeyd edib. Türkiyə lideri isə Rusiya prezidentinin mümkün səfərini səbirsizliklə gözlədiklərini bildirib.
Qeyd edək ki, Assambleya bu il “Gələcək nəsillər üçün ümidin gücləndirilməsi, sülhün və ədalətin təmin edilməsi” mövzusuna həsr olunub və İstanbulda keçirilir.
Türkan İsgəndərli
tag: Türkiyə,Rusiya,Ərdoğan,Putin,Todaypress.tv,
