Ərdoğan: "Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir"

Ərdoğan: "Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir"
09.03.2026 20:00 Dünya

Türkiyə Nazirlər Kabinetinin martın 9-da keçirilən toplantısında İrandakı vəziyyət, sərhəd təhlükəsizliyi kimi məsələlər müzakirə edilib.

TodayPress TV  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Hərbi toqquşmaların uzanması, daha geniş ərazilərə yayılması zamanı müxtəlif ssenariləri təhlil etdik" , - deyən Ərdoğan bildirib ki, Türkiyənin İran ətrafındakı böhrana cəlb olunmasının qarşısını almaq üçün bütün Türkiyə dövlət qurumları yüksək hazırlıq vəziyyətindədir.

"Biz böhranın iqtisadiyyatdan ticarətə və sərhəd təhlükəsizliyinə qədər müxtəlif sektorlara potensial təsirini qiymətləndirdik. Əsas məqsədimiz ölkəmizi bu yanğından qorumaq, Türkiyənin təhlükəsizliyini təmin etmək və 86 milyon vətəndaşının rahatlığını təmin etməkdir. Bütün qurumlarımız 28 fevraldan bəri yüksək hazırlıq vəziyyətindədir", - deyə dövlət başçısı bildirib.

Ərdoğan əlavə edib ki, Türkiyə İrana ərazisindən raket hücumları ilə bağlı xəbərdarlıq edib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər